Gürcüstandan Azərbaycana avtomobil idxalı azaldı - 5 dəfə

Gürcüstandan Azərbaycana avtomobil idxalı azaldı   - 5 dəfə

2015-ci ilin yanvar-noyabr aylarında Gürcüstandan Azərbaycana 3 377 avtomobil idxal olunub ki, bu ötən ilin analoji dövr göstəricisi ilə müqayisədə 4,97 dəfə azdır.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, müvafiq dövr ərzində Gürcüstandan Azərbaycana ümumilikdə 61,24 milyon dollar dəyərində avtomobil idxal olunub.

Gürcüstana isə avtomobillər xaricdən idxal olunur.

Gürcüstandan Azərbaycana digər malların idxalına gəlincə, 2015-ci ilin yanvar-noyabr aylarında ötən ilin analoji dövr göstəricisi ilə müqayisədə 2,21 dəfə az mal idxal olunub. 11 ay ərzində Gürcüstandan ümumilikdə Azərbaycana 231,28 milyon dollar dəyərində mal idxal olunub. 

Aktual.az

Xəbər 619 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR