Gürcüstanda yanacaq bahalaşıb

Gürcüstanda yanacaq bahalaşıb

Gürcüstanda son iki həftə ərzində brend yanacaqdoldurma məntəqələrində yanacağın bir litrinin qiyməti orta hesabla 2-6 tetri (0,0082-0,0246 USD) bahalaşıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hazırda "Regular” markalı benzinin bir litri 2,30-2,35 lari (0,94-0,96 dollar), "Premium” markalı benzin 2,42 lari (0,99 dollar), "Super” markalı benzin isə 2,55-2,60 lariyə (1,04-1,06 dollar) təklif olunur.
Dizel yanacağının da qiymətində 3-4 tetri bahalaşma qeydə alınıb. Brend yanacaq doldurma məntəqələrində dizel yanacağının qiyməti 2,30-2,39 lari (0,94-0,98 dollar) təşkil edir.
 
Aktual.az
Xəbər 405 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR