Gürcüstanda üç il öncə qətl törədən azərbaycanlı tutuldu

Gürcüstanda üç il öncə qətl törədən azərbaycanlı tutuldu

Gürcüstanda qətlə görə 2015-ci ildən axtarılan 1971-ci il təvəllüdlü Şamxan Veçilov saxlanılıb.

Aktual.az APA-
ya istinadən xəbər verir ki, saxlanılan şəxs 2015-ci ilin noyabrın 20-də Saqareco bələdiyyəsinin Ləmbəli kəndində şəxsi münaqişə zəminində 1971-ci il təvəllüdlü N. P. adlı şəxsi "Makarov” tipli tapança ilə qətlə yetirib, 1956-cı il təvəllüdlü M. Q. adlı şəxsi isə ağır yaralayıb. 

Qətllə nəticələnmiş insidentə pul borcu səbəb olub. Ş. Veçilovu 11 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Aktual.az




Xəbər 748 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR