Gürcüstanda matəm günü elan olundu

Gürcüstanda matəm günü elan olundu

Gürcüstanın qərbində qəza baş verib.

Trend-in məlumatına görə, Tkibulu şəhərində mədəndə baş vermiş qəza nəticəsində 4 mədənçi ölüb, daha bir neçə nəfər xəsarət alıb.Xəsarət alanların dəqiq sayı qeyd edilməsə də, ilkin olaraq 9 nəfərin yaralandığı ehtimal edilir.
Qəzanın baş vermə səbəbləri məlum deyil. Səhər saatlarından başlayaraq hadisə yerində xilasedicilər işləyir.
Qəzaya görə,  Gürcüstanda matəm elan olunub.Bu barədə qərarı Gürcüstan baş naziri Mamuka Baxtadze imzalayıb.
Qeyd edək ki, Mindeli kömür mədənində qəza nəticəsində 4 fəhlə ölüb. Qərara əsasən, Gürcüstan ərazisində dövlət bayraqları endiriləcək.
 
Aktual.az
Xəbər 312 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR