Gürcüstanda avtomobillər kəskin bahalaşacaq

Gürcüstanda avtomobillər kəskin bahalaşacaq

Gələn ilin mart ayından etibarən Gürcüstanda avtomobillər orta hesabla 30 faiz bahalaşacaq. Bundan başqa, satışa çıxarılan maşınların sayı azalacaq, onların ixracı aşağı düşəcək.

Aktual.az Milli.Az-a istinadən bildirir ki, bu barədə Tbilisidə çıxan "Rezonansı" qəzeti xəbər verib. Baş verəcək proseslərin səbəbi isə Gürcüstan hökumətinin sükanı sağda olan avtomobillərin qeydiyyatını ləğv etməyə hazırlaşmasıdır. Eyni zamanda, Gürcüstana Yaponiyada istehsal olunmuş ucuz avtomobillərin idxalı da tamamilə dayandırılacaq.
Ekspertlərin fikrincə, iqtisadiyyatın bu sektorunun inkişafının yeganə stimulu nisbətən yeni avtomobillərin idxalına təkan verməkdir. Yalnız belə olarsa Gürcüstanda avtomobil bazarında çox təhlükəli təmayüllər yaranmaya bilər.
Gürcüstandan Azərbaycana avtomobil ixracı da azalıb. Bunun səbəbi rəsmi Bakının 2005-ci ildən əvvəl istehsal olunmuş avtomobillərin idxalını yasaqlamasıdır.
Gürcüstandan Ermənistana da avtomobil ixracı azalıb.
Bütün bunların nəticəsində Gürcüstanda avtomobillərin təkrar ixracı 3 dəfə azalıb və əməliyyatların ümumi həcmi 154 milyon dollar təşkil edib. Halbuki ötən il bu rəqəm 455 milyon dollar təşkil edirdi.
İlin əvvəlindən bəri Gürcüstandan Azərbaycana avtomobil ixracı 4 dəfə azalaraq 57,7 milyon dollara bərabər olub. 2014-cü ilin 10 ayında isə həmin rəqəm 231 milyon dollar idi.
Belə şəraitdə Gürcüstanda sükanı sağda olan avtomobillərin qeydiyyata alınmaması ölkənin avtomobil bazarındakı situasiyanı daha da ağırlaşdıra bilər.
Gələn ilin mart ayından etibarən Gürcüstanda avtomobillər bahalaşacaq. Sükanı sağda olan maşınlar ən ucuz avtomobillər olduğundan, onların qeydiyyatının yasaqlanması bahalaşmaya təkan verəcək. Bundan başqa, avtomobillərlə bağlı gömrük ödəmələri qaydalarının dəyişməsi də ciddi amildr. Belə ki, 10-11 il əvvəl istehsal olunmuş maşınlara görə gömrük rüsumları artır. Məsələn, mühərrikinin həcmi 2 litr olan avtomobil üçün Gürcüstanda 4 min lari gömrük rüsumu ödəmək gərəkdir.

Xəbər 409 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR