Gürcüstana qanunsuz yolla dəniz məhsulları daşıyan Ermənistan vətəndaşı saxlanılıb

Gürcüstana qanunsuz yolla dəniz məhsulları daşıyan Ermənistan vətəndaşı saxlanılıb
  • DÜNYA

Gürcüstana 10 tondan çox diri xərçəng və bir ton hisə verilmiş balığı qanunsuz keçirən Ermənistan vətəndaşı saxlanılıb.

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qaçaqmal Ermənistanla sərhəddə yerləşən "Sadaxlı” gömrük-keçid məntəqəsində aşkar olunub.

Müvafiq sənədlərdə Ermənistan vətəndaşının meyvə daşıdığı qeyd olunsa da, gömrükçülər yük maşınının soyuducu kamerasında xərçəng və balıq aşkar ediblər. 

Məhsulun gömrük dəyəri 35310 (25000 manat) lari təşkil edir.

Faktla bağlı cinayət işi açılıb. Təqsirləndirilən şəxsi 5 ildən 7 ilədək həbs cəzası gözləyir.
 
Aktual.az
Xəbər 466 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR