Gürcüstan xarici turizmdən əldə etdiyi gəliri açıqladı

Gürcüstan xarici turizmdən əldə etdiyi gəliri açıqladı
  • DÜNYA

Cari ilin avqust ayında Gürcüstan xarici turizmdən 390,9 mln. dollar gəlir əldə edib.

Aktual.az xəbər verir ki, bu barədə APA-nın yerli bürosu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, ötən ilin müvafiq ayı ilə müqayisədə 92,9 mln. dollar çoxdur. Avqust ayında qonşu ölkəyə 1 080 449 nəfər əcnəbi səfər edib. Bu da ötən ilin göstəricisindən 27,4% çoxdur. Turistlərin sayının artması ölkədə mehmanxana və restoran sektorunda 18,5% artıma səbəb olub.
Bildirək ki, ötən ay Gürcüstana səfər etmiş əcnəbilərin 220 314 nəfəri Azərbaycan vətəndaşı olub.
Xəbər 368 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR