Gürcüstan və Azərbaycan birgə sərhəd məntəqəsi yarada bilər

Gürcüstan və Azərbaycan birgə sərhəd məntəqəsi yarada bilər

Gürcüstan və Azərbaycan "Bir kəmər - bir yol" təşəbbüsü çərçivəsində birgə sərhəd məntəqəsi yaratmağı planlaşdırır.

Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze Asiya İnkişaf Bankının Direktorlar Şurasının iclası zamanı deyib.
O bildirib ki, Gürcüstan Asiya İnkişaf bankının maneəsiz ticarət təşəbbüsünü tam dəstəkləyir:

"Məhz bu baxımdan da biz Azərbaycanla ilk birgə sərhəd məntəqəsinin tikintisinin mümkünlüyünü nəzərdən keçiririk".
Qeyd edək ki, Çin 2013-cü ildə tarixi İpək yolunun inkişafını nəzərdə tutan ""Bir kəmər - bir yol"" təşəbbüsünü irəli sürüb.
Xəbər 571 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR