Gürcüstan prezidentinin qaynı 4 il müddətinə azadlıqdan məhrum edilib

Gürcüstan prezidentinin qaynı 4 il müddətinə azadlıqdan məhrum edilib

Tiflis şəhər məhkəməsinin qərarı ilə Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin qaynı Mixail Mqaloblişvili 4 il azadlıqdan məhrum edilib

APA-nın Gürcüstan bürosunun məlumatına görə, xəbəri Gürcüstanın İctimai Televiziyası yayıb.

M. Mqaloblişvili qanunsuz silah əldə etmə və saxlamaqda günahlandırılır. O artıq 4-cü aydır həbsdədir.

Qeyd edək ki, Gürcüstanın birinci xanımı qardaşının məhkəmə prosesində iştirak edib.
 
Aktual.az
Xəbər 268 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR