Gürcüstan prezidentinin kürəkəni güllələndi (Yenilənib)

Gürcüstan prezidentinin kürəkəni güllələndi (Yenilənib)
  • DÜNYA

Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin kürəkəni Mindia Qoqoçurinin vəziyyəti stabildir.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Qoqoçurinin əməliyyat olunduğu Respublika xəstəxanasının mətbuat xidmətindən məlumat verilib. Prezident kürəkəninin həyati təhlükəsi olmadığı qeyd olunub.

***

Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin kürəkəni Mindia Qoqoçuri güllələnib.

AzNews.az "Rustavi-2” telekanalına istinadən xəbər verir ki, hadisə Tibilisidə baş verib. Atəş açan şəxsin kimliyi, eləcə də Qoqoçurinin hazırki vəziyyəti bəlli deyil.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları və kriminalistlər çalışır.

Faktla bağlı qəsdən sağlamlığa xəsarət yetirilməsi və qanunsuz silah saxlanması maddələrilə cinayət işi açılıb.

Mindia Qoqoçuri Marqvelaşvilin birinci xanımından olan qızı Maşo Çiçuanın həyat yoldaşıdır. 2016-cı ilin iyulunda Marqvelaşvili ailə üzvlərinə təzyiq olunmasıyla bağlı prokurorluğa müraciət edib. Həmin vaxt Qoqoçurin və onun dostu Mixail Tataraşvili dindirilib.
 
Aktual.az
Xəbər 41 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR