Gürcüstan marixuananı leqallaşdıracaq?

Gürcüstan marixuananı leqallaşdıracaq?

Gürcüstanlı milyarder və ölkənin keçmiş baş naziri Bidzina İvanişvilinin oğlu, rep ifaçısı Bera öz mahnısında Gürcüstanda marixuananın leqallaşdırılması ilə bağlı çağırış edib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, reperin "Legalize" mahnısı özünün "YouTube" səhifəsində yerləşdirilib.
Bera həmçinin bildirib ki, marixuana digər sintetik narkotik vasitələr kimi zərərli maddə deyil.
Qeyd edək ki, Gürcüstandan marixuananın leqallaşdırılması ilə bağlı müzakirələr bir neçə ildir ki, davam edir. 2016-cı ilin sonlarında bu vasitədən az miqdarda istifadə üçün həbs cəzası ləğv edilmişdi.
 
Aktual.az 
Xəbər 181 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR