“Günəşli” yatağında son vəziyyət

“Günəşli” yatağında son vəziyyət

Təəssüf ki, hələ indiyə qədər “Günəşli” yatağında baş vermiş yanğın səbəbindən itkin düşmüş neftçilərin heç biri tapılmayıb. 

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov hadsə ilə bağlı son vəziyyəti açıqlayarkən deyib.

O bildirib ki, yanğın hələ söndürülməyib və bu istiqamətdə işlər davam etdirilir. X.Məmmədov qeyd edib ki, Dövlət Sərhəd Xidmətinin 7 gəmisi və 4 helikopteri, Fövqəladə Hallar Nazirliyinin 4 helikopteri, o cümlədən Xəzər Dəniz Gəmiçiliyinin yedək gəmiləri xilasetmə işlərinə cəlb olunub.

X.Məmmədov bildirilib ki, hazırda SOCAR-ın prezidenti Rövnəq Abdullayev və digər qurumların rəhbər şəxsləri hadisə yerində yaradılmış qərərgahdadırlar.

X.Məmmədov vurğulayıb ki, yanğın nəticəsində xəsarət alanlardan 8 nəfər xəstəxanadadır, 22 nəfər evə buraxılıb, ancaq bir nəfər yenidən xəstəxanaya müraciət edid. Onun sözlərinə görə, həkimlər xəstələrin ümumi vəziyyətini stabil qiymətləndirirlər.

X.Məmmədov bildirib ki, dənizdə xilasetmə gödəkçələri tapılıb, təəssüflər olsun ki, insan tapılmayıb. Onun sözlərinə görə, hadisə zamanı dağılan xilasetmə qayığının bir hissəsi də tapılıb.

Vitse-prezident bildirib ki, hava artıq qaranlıq olduğu üçün helikopterlər xilasetmə işlərini apara bilməyəcəklər, ancaq gəmilər axtarışları davam etdirəcək 

Aktual.az

Xəbər 645 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR