"Günəşli" də həlak olan neftçilərin ailə üzvləri işlə təmin olunacaq -SOCAR


"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş, vəfat etmiş şəxslərin ailə üzvlərindən biri SOCAR-da işlə təmin olunacaq.


Aktual.az APA-ya istinadən bildirir ki, bu barədə SOCAR-ın İnsan resursları departamentinin rəisi Asif Bəkirli deyib.

"Bu, ya həmin şəxslərin həyat yoldaşı, ya da övladı olacaq. İşə qəbul bütün müvafiq prosedurlara uyğun həyata keçiriləcək", - deyə A. Bəkirli bildirib.

Xəbər 520 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR