Gün boyu kompüterə baxanlar üçün GÖZ İDMANI

Gün boyu kompüterə baxanlar üçün GÖZ İDMANI

Peşənizlə bağlı olaraq uzun müddət kompüter, yaxud televizor ekranına baxmaq məcburiyyətindəsinizsə, gözlərinizin yorulması və göz sağlamlığının pozulması labüddür.

Ancaq edəcəyiniz sadə idman hərəkətləri ilə göz sağlamlığını qoruya bilərsiniz. Aktual.az  lent.az-a istinadən həmin idman hərəkətlərini təqdim edir.

- Yavaşça sağa-sola baxın.
- Gözlərinizi aça bildiyiniz qədər yavaşça açıb bağlayın.
- Yavaşça yuxarı və aşağı baxın.
- Yavaşça sol üst küncə, sonra sağ aşağı küncə baxın. Yenə sağ üst künc və sol aşağı küncə baxın.
- Yuxarı sola, aşağı sağa baxaraq gözlərinizlə yavaşça xətt çəkin.
- Sağ qolunuzu qarşıya doğru dik tutun və diqqətinizi baş barmağınıza yönəldərək baxın. Yavaş-yavaş baş barmağınızı burnunuza doğru yaxınlaşdırın. İki gözünüzün tam ortasına qədər gətirin. Təkrar yavaş-yavaş uzaqlaşdırın.
 
Diqqət!
 
Göz əzələlərinin tənbəlləşməsinin qarşısını alan bu idman hərəkətlərini ağ, ya da açıq rəngli divarın qarşısında edin. Yeni başlayanda hər hərəkəti 5 dəfə edin. Gözün hərəkət qabiliyyəti artdıqca 10 dəfə təkrarlayın.
 
Aktual.az  
Xəbər 821 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR