Gülnarə Kərimova həbs olundu

Gülnarə Kərimova həbs olundu

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova həbs olunub.

Aktual.az-ın məlumatına görə, bu barədə APA RİA Novosti-yə istinadən xəbər verir. 

Məlumata əsasən, G. Kərimovaya qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, 2014-cü ilin fevral ayında Özbəkistanın Baş prokurorluğu Gülnarə Kərimovanın çevrəsindən olan 10 nəfərə qarşı cinayət işi qaldırıb. Həmin aydan bir qədər əvvəl respublikanın hüquq-mühafizə orqanları onun çevrəsindən olan bir neçə nəfərin – Madumarovun və Avakyanın saxlanılmasına dair məlumat yaymışdı.

Gülnarə Kərimova Özbəkistan prezidentinin böyük qızıdır. Amma 2013-cü ilin payızında KİV-in məlumatına görə, o, çıxılmaz vəziyyətə düşüb. Onun çevrəsindən olan bir neçə nəfər, o cümlədən də mühafizə rəisi saxlanılıb, bəziləri isə ölkəni tərk ediblər.   

Korrupsiya mənşəli olduğu ehtimal edilən vasitələrin Gülnarə Kərimovanın çevrəsinə aid olması haqqında məlumat 2012-ci ildə Beynəlxalq korrupsiyanın və mütəşəkkil cinayətkarlığın araşdırılması Mərkəzi ilə müştərək hazırlanmış və İsveçin ictimai kanalında efirə gedən müsahibədə meydana çıxıb.  

Aktual.az
Xəbər 750 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR