Güclü külək bir kəndi işıqsız qoydu

Güclü külək bir kəndi işıqsız qoydu

Dünən axşam saatlarından başlayan güclü külək Bərdə rayonunun elektrik təsərrüfatına ziyan vurub. 

Aktual.az-ın "Report"a istinadən  məlumatına görə, küləyin gücündən bəzi yüksək gərginlikli elektrik xətlərində qırılma və açılma baş verib.

Bu səbəbdən də Bərdənin bir hissəsi və rayonun bir kəndi elektriksiz qalıb. Hazırda "Azərişıq" ASC-nin rayon şöbəsinin əməkdaşları ziyan dəymiş ərazilərdə təmir və bərpa işləri aparırlar.

Xəbər 322 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR