Görmə zəifliyini aradan qaldıran PRAKTİK ÜSUL - FOTO

Görmə zəifliyini aradan qaldıran PRAKTİK ÜSUL - FOTO

Gün boyu normadan artıq yüklənən görmə aparatı insanlarda görmə itiliyinin zəifləməsinə səbəb olan əsas amillərdən biridir.

Publika.az xəbər verir ki, amerikalı alim və oftalmoloqlar bu problemləri azaltmaq məqsədilə insanlara xüsusi göz məşqlərini tövsiyyə edirlər.
Müasir dövrdə texnologiyaların inkişafı ilbəil artır və bütün sektorlarda kompüterlərdən istifadə üstünlük təşkil edir. Bu isə görmə problemlərinin artmasına gətirib çıxarır.

Ötən əsrdə amerikalı oftalmoloq tərəfindən tibb sahəsinə gətirilən üsul gözlərdəki yorğunluğu və gərginliyi aradan götürür. Bu praktik üsul isə tibbdə "polminq" kimi tanınır.
Çox sadə tətbiqi olan bu üsulu necə istifadə etmək olar? Əvvəlcə əllərinizi mümkün qədər isti edin (əlinizi bir-birinə sürtərək, isti çay fincanında 3-5 dəqiqə saxlayaraq və s.). Daha sonra gözlərinizi ovuclarınızın içərisinə alaraq, barmaqlarınızla üst göz qapaqlarınızı yüngül masaj etməyiniz kifayətdir.
Bu hərəkəti uzanıqlı yox, oturaq vəziyyətdə 5 dəqiqə davam etdirin. Çalışın gözlərinizi bərk sıxmayın. Əgər sizin görmənizdə cüzi zəiflik varsa, bu məşqləri gün ərzində 5-6 dəfə təkrar etsəniz bu zəifliyi aradan qaldıra bilərsiz. "Polminq" üsulu eyni zamanda görmə itiliyini də bərpa edir.
 
Aktual.az
Xəbər 1000 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR