Goranboyda ağır yol qəzası baş verdi - Ana övladları xəsarət aldı

Goranboyda ağır yol qəzası baş verdi - Ana övladları xəsarət aldı

Bakı-Qazax magistralında baş verən qəza nəticəsində ana və üç övladı xəsarət alıb.

Aktual.az  "Report”a istinadən xəbər verir ki, hadisə yolun Goranboy rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində "VAZ-2106" markalı avtomobilin sürücüsü Xəqani Məmmədov yüngül xəsarət alıb. Onun həyat yoldaşı, 1962-ci il təvəllüdlü Nəvriyyə Məmmədova kəllə-beyin travması, övladları-2007-ci il təvəllüdlü Rauf Məmmədli, 2008-ci ildə anadan olmuş Nazim Məmmədli və 40 günlük körpə Rəsul Məmmədli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
 
Aktual.az
Xəbər 376 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR