Goranboyda ağır qəza: Ölən var

Goranboyda ağır qəza: Ölən var

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Aktual.az  Report-a istinadən xəbər verir ki, hadisə rayonun Tapqaraqoyunlu kəndi ərazisində qeydə alınıb.

Belə ki, Naftalan şəhər sakini Ceyhunə Hüseynova idarə etdiyi "Hyundai” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və avtomobildə olan iki sərnişin xəstəxanaya yerləşdirilib. Onlardan Sahibə Hacıyeva orada ölüb.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Aktual.az
Xəbər 326 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR