Goranboy sakinini huşunu itirənə qədər döydülər - FOTO

Goranboy sakinini huşunu itirənə qədər döydülər - FOTO

Goranboy rayonunda döyülmə faktı qeydə alınıb.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Hacallı kəndində qeydə alınıb. Kənd sakini Elşad Dadaşov bu gün səhər saatlarında qohumları tərəfindən kəndin yaxınlığında huşunu itirmiş vəziyyətdə tapılıb.

Döyülərək müxtəlif bədən xəsarətləri aldığı bildirilən 34 yaşlı Elşad Dadaşov dərhal Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Qohumları bildiriblər ki, E. Dadaşov münaqişə zəminində 6 nəfər kənd sakini tərəfindən döyülüb.
 
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır. 
 

Xəbər 520 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR