“Google” iş axtaranlar üçün yeni xidmət yaradır

“Google” iş axtaranlar üçün yeni xidmət yaradır

"Google” korporasiyası özünün yeni xidmətini işə salmağa hazırdır

Lent.az-ın "ixbt.com” saytına istinadən verdiyi məlumata görə, "Hire” adlanan bu xidmət müxtəlif şirkətlərin öz vakansiyalarını dərc etməsi və bununla da yeni əməkdaşlar tapması üçün nəzərdə tutulub.
 
Yeni iş axtaranlar "Google Hire”dən iş axtarmaq üçün istifadə edə bilərlər. Hazırda xidmətin yalnız ana səhifəsi əlçatandır. Bu onu göstərir ki, xidmət yaxın zamanlarda fəaliyyətə başlayacaq.

Mənbə bildirir ki, artıq bir çox şirkətlər axtarış nəhəngi ilə əməkdaşlıq edir və yeni platformanı sınaqdan keçirirlər. Onların arasında "Medisas”, "Poynt”, "DramaFever”, "SingleHop” və "CoreOS” kimi şirkətlərin adları çəkilir. 
 
Aktual.az
Xəbər 87 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR