"Google"-dan BÖYÜK SƏHV - tarixləri qarışdırdı


Dünyanın ən böyük axtarış sistemlərindən bir olan "Google" inanılmaz səhvə yol verib. Milyonlarla istifadəçisi olan şirkət Şaban ayının 15-ci gecəsinin - Berat gecəsi tarixini səhv göstərib.

Publika.az xəbər verir ki, Türkiyənin ən çox istifadə olunan axtarış sistemi istifadəçiləri çaşdırıb. "Google" üzərindən axtarış verən istifadəçilər göstərilən tarixin səhv olduğunu iddia edir.
Hicri təqvimə əsasən Şaban ayının 14-dən 15-ə keçən gecə, Milladi təqvimi ilə may ayının 10-dan 11-ə keçən gecəyə təsadüf edir. "Google" isə bu tarixi may ayının 11-dən 12-ə keçən gecə olaraq göstərib.
Qeyd edək ki, Berat gecəsi (Rəhmət və ya Mübarək gecə də adlandırılır - red) günahların bağışlanması üçün Allaha dualar oxunar. Allah bu müqəddəs gecədə bəndələrinin günahlarını bağışlayar və onlara böyük savab yazar.
Bərat gecəsi Levhi mahfuzun endirildiyi gecə sayılır. Levhi mahfuz bütün zaman və məkan içində olmuş və olacaq hər şeyin yazılı olduğu kitabdır.
 
Aktual.az
Xəbər 402 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR