“Google Chrome”da səhifələrin yüklənmə sürəti 20 faiz artıb

“Google Chrome”da səhifələrin yüklənmə sürəti 20 faiz artıb

Chromium” əsasında işləyən "Chrome” və başqa brauzerlərdə istifadə edilən "V8 JavaScript” mühərrikinin hazırlanmasına məsuliyyət daşıyan komanda ötənilki nailiyyətini paylaşıb

İstehsalçılar "Google” tərəfindən "JavaScript” mühərrikinin məhsuldarlığını ölçmək üçün yaradılmış "Octane” məhsuldarlıq testində bir sıra testlər keçiriblər. Amma "Octane” məhsuldarlıq testi brauzerin real şəraitdəki davranışını əks etdirmir. Buna görə "V8” mühərrikinin tərtibatçılar komandası onu "Facebook”, "Reddit”, "Twitter” və "Wikipedia” kimi məşhur saytlarda yoxlamaq qərarına gəlib.

Azərtac "4pda.ru” saytına istinadən xəbər verir ki, tərtibatçılar "JavaScript” mühərrikinin real məhsuldarlığını ölçmək üçün yeni "Speedometer” adlı məhsuldarlıq testi yaradıblar. Yeni testin nəticəsinə görə, tipik veb-səhifələrin yüklənmə sürəti skriptlərin işə düşməsindən asılıdır. Buna görə son ildə optimallaşdırma üzrə aparılmış işlər prosessorun arxitekturasından asılı olaraq, saytların yüklənmə vaxtının 10-20 faiz artmasına səbəb olub.
 
Aktual.az
Xəbər 406 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR