Gömrükdə aksiz markası olmayan 18 min siqaret aşkar edildi

Gömrükdə aksiz markası olmayan 18 min siqaret aşkar edildi

Gömrükdə aksiz markası olmayan 18 min siqaret aşkar edilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Aktual.az-a  bildiriblər ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Qazax rayonu ərazisində Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsi saxlanılıb və müvafiq qanunvericiliyə uyğun olaraq avtomobilə gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobilin yük yerindən xaricdə istehsal olunan və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 18 min ədəd siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
 
 Aktual.az
Xəbər 321 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR