Gömrükdə 7 qızıl boyunbağı aşkarlandı

Gömrükdə 7 qızıl boyunbağı aşkarlandı

Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun ixrac piyada keçid xəttində Azərbaycandan Rusiya istiqamətinə gedən Azərbaycan vətəndaşının əl yüklərinə "Heimann X-ray" markalı rentgen aparatı vasitəsilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Aktual.az-a verilən məlumata görə, yoxlama zamanı vətəndaşa məxsus 1 ədəd əl arabasının dəmir borularının içərisindən gömrük nəzarətindən gizlədilən, çəkiləri müvafiq olaraq 19, 19, 19, 18, 18, 18, 18 qram olmaqla, ümumilikdə təqribi çəkisi 129 qram təşkil edən 7 ədəd qızıldan hazırlanan boyunbağılar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 393 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR