Gömrükdə 254 min ədəd siqaret tutublar

Gömrükdə 254 min ədəd siqaret tutublar

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları 3 fakt üzrə 254 min ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən  verilən məlumata görə, idarənin "Xanoba" gömrük postunun gömrük nəzarəti zonasına Rusiya istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin salonundan və ehtiyat təkərinin içərisindən gömrük nəzarətindən gizlədilən 96 600 ədəd siqaret aşkar edilərək götürülüb.

"Xanoba" gömrük postunun gömrük nəzarəti zonasına Rusiya istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi digər bir avtomobildən isə 60 min ədəd siqaret aşkar edilib. Gömrükçülər qaçaqmalçiliq yolu ilə ölkə ərazisinə gətirilən siqaretləri avtomobilin salonu və yük yerindəki örtüklərin altından aşkar edib.

"Xanoba" gömrük postunun idxal minik xəttində Azərbaycan vətəndaşının idarə etdiyi daha bir nəqliyyat vasitəsinə keçirilən gömrük baxışı zamanı isə avtomobildən gömrük nəzarətindən gizlədilən 97 400 ədəd siqaret aşkar olunaraq götürülüb.

Hər 3 faktla bağlı araşdırma aparılır.

Xəbər 391 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR