Gömrükçülər saxta spirtli içki aşkarladı

Gömrükçülər saxta spirtli içki aşkarladı

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz Vito” markalı nəqliyyat vasitəsi Tovuz rayonu ərazisində saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Aktual.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsində avtomobilə baxış keçirilib, nəqliyyat vasitəsindən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 406 ədəd spirtli içkilər aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
 
 Aktual.az
Xəbər 293 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR