Gömrük Komitəsi büdcəyə ödənişləri açıqladı

Gömrük Komitəsi büdcəyə ödənişləri açıqladı

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə 2016-cı ilin dekabr ayında dövlət büdcəsinə 235 milyon manatdan çox vergi və rüsumlar daxil olub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 34 milyon 199,7 min manat, yaxud 17,03% çoxdur.

Aktual.az  xəbər verir ki, "Report” komitəyə istinadən xəbər verir ki, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 17 milyon 562,33 min manat, yaxud 48,78% artaraq 53 milyon 563,1 min manat olub.

Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 5 milyon 669,5 min manat, yaxud 3,68% azalaraq 148 milyon 416,4 min manat, aksizlər üzrə 2 milyon 147,73 min manat, yaxud 25,32% azalaraq 6 milyon 335,5 min manat, yol vergisi üzrə daxilolmalar isə 24 milyon 754,6 min manat və ya 12 dəfə artaraq 26 milyon 990,4 min manat təşkil edib.
 
Aktual.az 
Xəbər 188 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR