Gömrük əməkdaşları qəzaya düşüb, ölən və yaralanan var

Gömrük əməkdaşları qəzaya düşüb, ölən və yaralanan var

1958-ci il təvəllüdlü Kərimov Rafiq Baratəli oğlu vəfat edib

Bakı-Qazax magistral avtomobil yolunun 435–ci km-də Tovuz rayonu ərazisində "Mercedes” markalı minik avtomobili ilə "MAN” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Aktual.az-in "Report"a istinadən məlumatına görə, hadisə zamanı "Mercedes” markalı minik avtomobilinin sürücüsü, 1958-ci il təvəllüdlü Kərimov Rafiq Baratəli oğlu vəfat edib. Həmin maşında olan sərnişin - Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Romanova Oksana Andrey qızı yaralı halda Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, "Mercedes” markalı avtomobildə olanlar Dövlət Gömrük Komitəsinin əməkdşaları olub.
Faktla bağlı araşdırmalara başlanılıb.



Aktual.az
Xəbər 149 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR