"General Motors" 2,5 milyondan çox avtomobili geri çağıracaq

  • DÜNYA

ABŞ-ın avtomobil istehsalçısı "General Motors” və onun Çindəki "Shanghai GM” Çində 2,5 milyondan çox avtomobili geri çağıracaq.

Aktual.az "Trend”ə istinadən xəbər verir ki, buna təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlar səbəb olub.
Qeyd olunur ki, ilk növbədə oktyabrın 29-dan başlayaraq 14 minə yaxın "Saab” və "Opel” avtomobilləri geri çağırılacaq.
Sonra isə dekabrın 29-dan başlayaraq, bu qərar 2,5 milyondan çox "Chevrolet” və "Buick” avtomobillərinə şamil olunacaq.


Aktual.az 
Xəbər 317 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR