General-leytenant rütübəsi alan hərbçilər onlardır - FOTO

General-leytenant rütübəsi alan hərbçilər onlardır - FOTO

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Dövlət Sərhəd Xidmətinin (DSX) üç general-mayoruna general-leytenant ali hərbi rütbəsi verilib.

Qaynarinfo general-leytenant rütbəsinə yüksələn general-mayor Rəsul Afiq oğlu Tağıyevin, general-mayor Müzəffər Ələsgər oğlu Pirizadə və general-mayor Elçin Zaur oğlu İbrahimovun tərcümeyi halını təqdim edir. 

General-leytenant Rəsul Afiq oğlu Tağıyev - Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanıdır. 16 avqust 2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin general-mayoru hərbi rütbəsi verilib. 30 iyul 2004-cü ildə  "Hərbi xidmətlərə görə" medalı ilə, 15 avqust 2005-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 14 avqust 2010-cu ildə "İgidliyə görə" medalı ilə, 14 avqust 2012-ci ildə "Azərbaycan Bayrağı" ordeni ilə, 28 avqust 2013-cü ildə "Vətənə xidmətə görə" ordeni ilə, 16 avqust 2016-cı ildə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 16 avqust 2019-cu ildə 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib. Vətən müharibəsinin komandanlarından biridir. "Vətənə xidmətə görə" ordenin tam kavaleridir.

General-leytenant Müzəffər Ələsgər oğlu Pirizadəyə - DSX Sahil Mühafizə xidmətinin rəisidir. 16 avqust 2019-cu ildən Sərhəd Qoşunlarının "Qazax” əlahiddə sərhəd diviziyasının komandiri olub. 17 avqust 2020-ci ildə general-mayor rütbəsi alıb. 14 avqust 2012-ci ildə "Hərbi xidmətlərə görə” medalı və digər mükafatlarla təltif edilib.

General-leytenant Elçin Zaur oğlu İbrahimov - Dövlət Sərhəd Xidmətinin (DSX) Aparat rəhbəridir. Bu vəzifəsindən əvvəl Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Kadrlar İdarəsinin rəisi olub. 2013-cü ilin avqust ayının 28-də Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor rütbəsi alıb. "Hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə”, 3-cü dərəcəli "Vətənə xidmətə görə”, "Vətən uğrunda” və digər bir sıra orden və medallarla mükafatlandırılıb.
Xəbər 871 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR