Gənclərin Mədəni İnkişafına Dəstək İctimai Birliyinin BƏYANATI

Gənclərin Mədəni İnkişafına Dəstək İctimai Birliyinin BƏYANATI

Erməni işğalçılarının 4 iyul 2017-ci il tarixində cəbhə xəttində yaratdıqları təxribat zamanı mülki əhalinin həlak olması ilə bağlı Gənclərin Mədəni İnkişafına Dəstək İctimai Birliyinin BƏYANATI

 

 

4 iyul 2017-ci il tarixində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə zonasındakı qoşunların təmas xəttində Ermənistan hərbi birləşmələri Füzuli rayonun Alxanlı kəndini 82 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub. Düşmənin təxribatı nəticəsində kənd sakinləri 50 yaşlı Sahibə Quliyeva və onun nəvəsi 2 yaşlı Zəhra Quliyeva həlak olmuşlar. Quliyeva Sərvinaz İltifat qızı ağır yaralanaraq xəstəxanaya yerləşdirilmişdir.

Cəbhədə baş verən son təxribat bir daha onu sübut edir ki, Ermənistan siyasi rəhbərliyi mülki şəxslərin müdafiəsi haqqında Cenevrə Konvensiyasına məhəl qoymamaqla, BMT-nin Ermənistan hərbi birləşmələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnaməsinin icra etməməklə beynəlxalq hüququn normalarını pozaraq münaqiəşinin sülh yolu ilə həllinə kobud şəkildə maneə törədir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçiliyi həyata keçirən ATƏT-in Minsk qrupunun biganə və qeyri-adekvat davranışı, həmçinin beynəlxalq ictimaiyyətin ikili standartdan çıxış etməsi təəssüflər olsun ki işğalçıya cinayətkar əməllərini davam etdirməyə şərait yaradır.

Biz Gənclərin Mədəni İnkişafına Dəstək İctimai Birliyi (GMİD) cəbhədə baş vermiş son hadisləri xüsusilə az yaşlı körpənin həlak olmasını şiddətli qınayır, "bədnam” qonşularımızın vəhşiliyinin cəzasız qalmayacağına ümid edir və beynəlxalq təşkilatların baş verən hadisələrin bir daha təkrarlanmaması üçün Ermənistana iqtisadi və siyasi sanksiların tətbiq edilməsini tələb edirik. İnanırıq ki, ermənilərin cəbhə bölgəsində törətdikləri bu amansızlıqlara nəhayət bütün dünya ictimaiyyəti layiqli cavab verəcəkdir.


Xəbər 429 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR