Gənclər təşkilatı
Aran regionunda intellektual birinciliyə start verdi
Gənclər
üçün Təhsil Mərkəzi Aran regional ofisi və Şirvan şəhər Gənclər və İdman
İdarəsinin birgə tərəfdaşlığı ilə Şirvan şəhərində tələbə-gənclər arasında
"Vətənini tanı” adlı intellektual bilik yarışı təşkil olunub.
Gənclər
üçün Təhsil Mərkəzindən bildiriblər ki, yarışda 14 komanda olmaqla, 60 gənc
mübarizə aparıb. Yarışın əsas məqsədi gənclərin intellektual səviyyəsinin
yüksəlməsinə şərait yaratmaq, istedadlı gəncləri üzə çıxarmaq, onların milli
mənəvi dəyərlərimiz və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına
kömək göstərməkdir.
18 saylı
məktəb liseydə keçirilən açılış mərasimində çıxış edən Gənclər üçün Təhsil
Mərkəzinin Aran regional ofisinin rəhbəri Yusif Poladov ölkədə aparılan gənclər
siyasətinin hədəflərini, gənclər təşkilatlarının və gənclərin bu siyasətin
həyata keçirilməsində fəal iştirakını, onların hərtərəfli inkişafı üçün zəruri
şəraitin yaradıldığını diqqətə çatdırıb.
Şirvan
şəhər Gənclər və İdman İdarəsinin rəisi
Azər Quliyev çıxış edərək gəncləri
salamlayıb və yarışın əhəmiyyətini qeyd edərək, gənclərimizin yüksək intellektə
və biliyə sahib olduqlarını diqqətə çatdırıb.
Tədbirinin
maderatoruluğu Şirvan şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Əfqan
Həsənova həvalə edilib.
Daha
sonra komandaların iştirakı ilə yarış başlayıb. Gərgin gedən final görüşündə 5
ən güclü intellektə sahib olan komanda arasında mübarizədə "TURAN” komandası
1-ci, "VEZUVI” komandası 2-ci, "RA RA RASPUTIN” komandası 3-cü yerə layiq
görülüb.
Qalib
komandalar diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Xəbər 175 dəfə oxunub.