Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev “Vətəni müdafiəyə daim hazırıq” forumunda çıxış etmişdir

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev “Vətəni müdafiəyə daim hazırıq” forumunda çıxış etmişdir

Bu gün Ağdam rayonunun Quzanlı qəsəbəsində "Vətəni müdafiəyə daim hazırıq” Azərbaycan Respublikasının işğal olunmuş və cəbhəyani rayonlarının gənclərinin forumu keçirilmişdir. Forum Dövlət Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə təşkil olunmuşdur. 
Forum iki hissədən ibarət olmaqla ilk hissəsində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin yad edilmiş və Heydər Əliyev Mərkəzindəki ekspozisiyalar nümayiş olunmuşdur. Daha sonra tədbirin rəsmi hissəsi qonaqların nitqi ilə müşayiət olunmuşdur. 
"Vətəni madafiəyə daim hazırıq” forumunun moderatoru Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacyev tədbir iştirakçılarını salamlamış və görüşün qədim Azərbaycan torpağı olan Qarabağda keçirilməsinin təsadüfi olmadığını qeyd etmişdir. Bu gün hər bir Azərbaycanlının qəlbinin Qarabağla döyündüyünü, hər birimizin düşüncəsinin Qarabağla bağlı olduğunu, hər bir fəaliyyətimizin Qarabağın tezliklə azad olunmasına istiqamətləndirildiyini qeyd etmişdir. Fərhad Hacıyev cıxışı zamanıAzərbaycan dövlətinin artıq 26 ildir ki, müstəqil fəaliyyət göstərirdiyini, inkişaf etdiyini, dünya ölkələri sırasında özünə layiqli yer tutduğunu vurğulamış, lakin təssüf hissi ilə müstəqilliyimizn ilk illərində ölkəmizə səriştəsiz insanların rəhbərlik etdiyini və bunun nəticəsi kimi, bizim torpaqlarımızı itirdiyimizi bildirdi. Amma müdrik Azərbaycan xalqı bütün bu çətinliklərdən və uğursuzluqlardan qurtarmaq üçün öz xilaskarına üz tutdu. Ulu öndər öz xalqını bu çətin məqamda birləşdirə bildi, ölkəni xaosdan və parçalanmaqdan xilas etdi və Respublikanın stabil yaşaması və inkişaf etməsi üçün və özünun dediyi kimi, müstəqilliyimizin əbədi, dönməz və sarsılmaz olması üçün əlindən gələni etdi. 
Bu gün biz öz ölkəmizdə yaşayırıq, inkişaf edirik və Ulu öndərimizin görmək istədiyi yeni nəsil yetişdiririk. Azərbaycançılıq ideyaları üzərində formalaşan gənclik. Ulu öndər Heydər Əliyevin yaratdığı təməl əsasında qurulmuş dövlət gənclər siyasəti 2003-cü ildən onun layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inkişaf etdirilərək ardıcıl surətlə davam etdirilir. Həmçinin ölkəmizdə gənclər Ümummilli lider Heydər Əliyevin adını daşıyan Fond tərəfindən də himayə olunur. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan uğurlu layihələr gənclərə olan diqqət və qayğının göstəricisidir. 
Çıxışının yekununda Fərhad Hacıyev tədbir iştirakçılarını gələn il şərqdə ilk demokratik respublikasının 100 illiyini və ümummilli liderimiz Heydər Əliyevin 95 illiyini qeyd ediləcəyi ilə bağlı təbrik etdi. Ulu öndərin hər zaman öz çıxışlarında həyatını Azərbaycan xalqıma həsr etməsi ilə bağlı xüsusi ilə vurğulayan Fərhad Hacıyev, gələn ilin həmçinin Qurtuluş gününün 25 illiyini qeyd ediləcəyini diqqətə çatdırdı.

Xəbər 414 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR