Gəncəlilər YAP namizədlərini dəstəkləyirlər

Gəncəlilər YAP namizədlərini dəstəkləyirlər

Bu gün Gəncə şəhər, 38 saylı Nizami ikinci (Gəncə) Seçki Dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizəd Həmzəyev Naqif Ələşrəf oğlunun Gəncə Dram Teatrında seçicilərlə görüşü keçirilib.

Aktual.az  xəbər verir ki, tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə noyabırın 1-də keçiriləcək parlament seçkiləri,Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası olaraq, ölkəmizin inkişaf və tərəqqisində müstəsna rolu haqqında danışıb: “Bu gün ərtafında 700 minə yaxın siyasi həmfikri birləşdirən Yeni Azərbaycan Partiyası, bu ilki parlament seçkilərinə “Yeni hədəflərə doğru!” şüarı ilə qatılıb. Əminik ki, ənənəvi olaraq Yeni Azərbaycan Partiyası bu seçkilərdə də böyük uğur qazanacaq.

Partiyanın namizədi Naqif Həmzəyev haqqında ətraflı məlumat verən Pərvin Kərimzadə onun geniş ictimai-siyasi fəaliyyəti, gənclərə nümunə olan müsbət keyfiyyətləri ilə ictimaiyyət arasında çox qısa vaxt ərzində hörmət və etibar qazandığını, millət vəkili seçilməyə, Gəncəni ləyaqətlə təmsil etməyə qadir, vətənpərvər, fədakar və yüksək intellektli bir gənc olduğunu diqqətə çatdırıb. Bütün seçiciləri Yen Azərbaycan Partiyasının ən layiqli namizədlərinə səs verməyə çağırıb.

Təbliğat qrupunun üzvləri və seçicilər təbliğat-təşviqat kampaniyası çərçivəsində bu günə kimi keçirilən bütün tədbirlərdə yüksək mütəşəkkilliyin, yüksək əhval-rühyyənin, böyük coşqunun Yeni Azərbaycan Partiyasına inam və rəğbətin ifadəsi olduğunu, fəaliyyəti dövründə xalqın maraqlarına, xoşbəxt gələcəyinə xidmət etdiyini vurğulayıblar: “Yeni Azərbaycan Partiyasının namizədləri hər zaman etimadı doğruldublar və bu dəfə də onların ölkəmizin tərəqqisinə, xalqımızın daha firavan yaşamasına dəyərli töhfələr verəcəyinə inanırıq, hamımız bir nəfər kimi Partiyanın namizədlərini dəstəkləyrik”.

YAP-ın deputatlığa namizədi Naqif Ələşrəf oğlu Həmzəyev çıxışında qeyd edib ki, seçicilərin belə fəallığı və diqqəti məni çox qürurlandırır. İnanıram ki, onlar Partiyanın namizədləri ilə həmişə birlikdə olacaq, biz əl-ələ verib daha möhtəşəm qələbələrə nail olacağıq. Mənə etimad göstərilərsə, Milli Məclisdə gəncəliləri böyük fəxrlə təmsil edəcək, ürəkaçan işlərimlə, dəyərli fəaliyyətimlə seçicilərimin adına daim şərəf gətirəcəyəm.

Xəbər 463 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR