Gəncədə sosial şəbəkələr və dövlətin milli maraqları mövzusunda dəyirmi masa

Gəncədə sosial şəbəkələr və dövlətin milli maraqları mövzusunda dəyirmi masa

Fevralın 14-də Gəncə şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən həyata keçirilən "Sosial Media Məktəbi” öz işini davam etdirib.

Gənclərlə növbəti görüşündə hüquq müdafiəçisi Əhməd Şahidov ölkənin milli maraqlarının qorunmasında sosial şəbəkələrin əhəmiyyətindən danışıb və gənclərin bu prosesdə aktif fəaliyyətinin zəruriliyini vurğulayıb. Sosial medianın təkcə ünsiyyət, əyləncə və asudə vaxt məqsədləri ilə istifadə olunmasının doğru olmadığını deyən Əhməd Şahidov hər bir gəncin müxtəlif ictimai-siyasi mövzularda, xüsusuən də Azərbaycan dövlətinin milli maraqlarının qorunmasında daha fəal olmasının vacibliyini qeyd edib.


 

Gənclərin sosial şəbəkələrdə aktiv olmasını onların şəxsi karyera və təcrübələrinin artırılması baxımından zəruri hesab edən Əhməd Şahidov bunun həm də dövlətin maraqlarının təmin olunmasına xidmət etdiyini bildirib: "Hər bir gənc sosial şəbəkələrdə Azərbaycanın milli maraqlarının müdafiəçisi olmalıdır. Həm ölkə daxili, həm də beynəlxalq səviyyəli platformalarda gənclərimiz yaxından iştirak etməli və öz mövqelərini ortaya qoymalıdırlar. Bununla, gənclərimiz həm Azərbaycanın milli maraqlarını qorumuş olar, həm də bir şəxsiyyət kimi formalaşarlar. Bu baxımdan sosial media çox mühüm platformadır".

Xəbər 780 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR