Gəncədə qanunsuz dini ədəbiyyat aşkarlanıb

Gəncədə qanunsuz dini ədəbiyyat aşkarlanıb

Gəncə şəhərində yerləşən dini vəsaitlər satan mağazadan xüsusi razılıq (lisenziya) olmadan satışa çıxarılan dini təyinatlı ədəbiyyat və CD disklər aşkar edilib.

Aktual.az  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş İctimai Təhlükəsizlik İdarəsi, Nizami (Gəncə) RPİ və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən Gəncə şəhərinin Cavadxan küçəsində şəhər sakini Kifayət Məhərrəmovaya məxsus mağazaya baxış keçirilib. Oradan xüsusi razılıq (lisenziya) olmadan satışa çıxarılan 58 ədəd dini təyinatlı ədəbiyyat və 16 ədəd CD disk aşkar edilərək götürülüb. K.Məhərrəmova barəsində İnzibati Xətalar Məcəlləsinin 516-cı (dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması) maddəsi ilə protokol tərtib edilib.
 
Aktual.az
Xəbər 582 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR