Gəncədə iaşə obyektində partlayış olub, xəsarət alanlar var

Gəncədə iaşə obyektində partlayış olub, xəsarət alanlar var

Gəncədə partlayış olub.

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Əttarlar və Nizami Gəncəvi küçələrinin kəsişməsində, şəhər sakini Xaləddin Sarıyevə məxsus qutab bişirilən 4 kvadratmetrlik obyektdə qeydə alınıb. Hadisə zamanı X. Sarıyev və orada işləyən 1965-ci il təvəllüdlü Qənirə Əsgərova yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
X. Sarıyevin vəziyyətinin normal, Q. Əsgərovanın durumunun isə orta-ağır olduğu bildirilir.
Hadisənin qaz balonunun partlaması nəticəsində baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

Aktual.az
Xəbər 345 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR