Gəncə-Gürcüstan sərhədi avtomobil yolu genişləndiriləcək

Gəncə-Gürcüstan sərhədi avtomobil yolu genişləndiriləcək

"Biz gələn ildən başlayaraq Gəncə-Gürcüstan sərhədi avtomobil yolunu da genişləndirəcəyik". 

Aktual.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 10-da Gəncə şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. 
Dövlət başçısı bildirib ki, yol infrastrukturunun təkmilləşdirilməsi, müasirləşməsi üçün addımlar atılıb, yenə də atılacaq: "Bakı-Gəncə avtomagistralı dünyanın ən yüksək standartlarına cavab verir, dördzolaqlı gözəl, hamar, sürətli bir yoldur. Biz gələn ildən başlayaraq Gəncə-Gürcüstan sərhədi avtomobil yolunu da genişləndirəcəyik. Bizim həm digər şəhərlərimizə, həm də sərhədə gedən bu yol indi ikizolaqlıdır, genişləndirildikdən sonra dördzolaqlı olacaq".
 

Aktual.az

Xəbər 61 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR