Gəncə Dövlət Filarmoniyasının tikintisinə əlavə 5 milyon manat ayrılıb

Gəncə Dövlət Filarmoniyasının tikintisinə əlavə 5 milyon manat ayrılıb

Prezident İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Aktual.az-ın məlumatına görə, sənədə əsasən, Gəncə Dövlət Filarmoniyasının tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
 
 
Aktual.az
Xəbər 728 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR