"Gənc Vətəndaş"-dan BƏYANAT


2017-ci ilin iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin  Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan və qumbaraatanlardan atəşə tutması nəticəsində  Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhra həlak olmuş, digər mülki şəxs Quliyeva Səlminaz ağır yaralanmışdır. 

BMT və digər beynəlxalq təşkilatlar tərəfindən Ermənistan silahlı qüvvələrininin  mülki əhalinin öldürülməsi də daxil olmaqla mülki ilə hərbi hədəfləri fərqləndirməyən hücumları müharibə cinayətləri qiymətləndirilməlidir. Bu hücuma və dinc sakinlərin həlak olmasının  görə Ermənistan Respublikasının siyasi və hərbi rəhbərliyi bilavasitə məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması və dinc əhalinin qəsdən hədəfə  götürülməsi Ermənistan Respublikasının Azərbaycanın mülki əhalisinə qarşı terror siyasəti yürütdüyünün  növbəti sübutudur. Ermənistan Respublikası hərbi hədəflərlə mülki əhali arasinda fərq qoymadığını, Azərbaycana qarşı etnik təmizləmə siyasəti apardığını bir daha bütün dünyaya nümyiş  etdirdi. Bununla da beynəlxalq konvensiya və sənədlərdə əksini tapan müharibə qanunlarını nümayişkarənə şəkildə pozduğunu və sivil dünyaya, humanizm prinsiplərinə qarşı çıxdığnı göstərdi. 
Gənc Vətəndaş Maarifləndirmə İctimai Birliyi BMT və digər beynəlxalq təşkilatları,   beynəlxalq gənclər təşkilatlarını  Ermənistanın Azərbaycana qarşı 25 ildir ki, davam edən işğılçılıq siyasətinə, bu təcavüz nəticəsində ölkəmizin ərazisinin 20 faizinin işğaı olunması, dinc sakinlərin məqsədli şəkildə öldürülməsinə münasibət bildirməyə çağırır. 
Ermənistan ardıcıl olaraq 1992-ci ildə ratifikasiya etdiyi BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasını, "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" IV Cenevrə Konvensiyasını, Birləşmiş Millətlər Təşkilatının "Ümumdünya İnsan Haqları Bəyannaməsi”ni, "Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktı, "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanı, "Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi” Bəyannaməsinin tələblərini kobud şəkildə pozmaqla hərbi cinayətlər törədir. 
Gənc Vətəndaş Maarifləndirmə İctimai Birliyi  BMT və digər beynəlxalq təşkilatları, beynəlxalq gənclər təşkilatlarını Ermənistanın hərbi cinayətlərə görə məsuliyyətə  cəlb olunması, beynəlxalq birlik qarşısında   cavab verməsi üçün zəruri tədbirlər görülməsinə çağırır.
Gənc Vətəndaş Maarifləndirmə İctimai Birliyi  bəyan edir ki, Azərbaycan torpaqlarının 20-nin Ermənistanın işğalı altında qalması, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, ermənilər tərəfindən mütəmadi olaraq dinc sakinlərin öldürülməsi faktlarına, hərbi cinayətlərə və terror aktlarına göz yumulması  BMT və digər beynəlxalq təşkilatlara inamı sarıstmaqla, onların da məsuliyyətini gündəliyə gətirir. Bu isə ümumilikdə humanist dəyərlərə, dünyagörüşə zidd olmaqla dünyada radikalizm və ekspermizm ideloqlarını daha da ruhlandıra bilər. 

Xəbər 820 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR