"Gənc Vətəndaş" Lənkəranda: "Ailə üçün dəyər!"


"Gənc Vətəndaş" Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailə üçün Dəyər!" adlı layihə çərçivəsində növbəti təlim Lənkəran şəhərində olub.


 "Gənc Vətəndaş" Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova iştirakçılara layihə haqqında məlumat verib. O, layihənin Ailədəyərlərinə həsr edilməsinin səbəbi, valideyn məsuliyyətinin önəmini vurğulayıb, qadınların mülkiyyət hüquqları haqqında biliklərinin artırılmasına olan ehtiyacı qeyd edib. 

Günel Səfərova həmçinin ailəmünasibətlərinin qanuni tənzimlənməsi, Azərbaycanda ailəhüququ, məət zorakılığı ilə bağlı dövlətin atdığı addımlardan danışıb. 

Təlimçi NuriyyəAbbasova gənclərə Ailəhüququ, Mülkiyyət hüququ, Valideyn məsuliyyəti, Ailədaxili zorakılıqdan müdafiəmexanizmləri haqqında məlumatları əks etdirən ailə münasibətlərinin hüquqi tənzimlənməsi haqqında praktik məlumat verib. Eyni zamanda təlimdəN.Abbasova nikahın rəsmi qeydiyyata alınmasının uşaqların təhsil, səhiyyə vəmüdafiəmexanizmlərinin formalaşmasına səbəb olacağını qeyd edib. 

2016-cı ilin statistikasına əsasən, 2016-cı ildə 18 yaşadək analar tərəfindən 2809 uşaq doğulması (onun 934-ü şəhər, 1875-i kənd yelərindədoğulub) faktının ailəmünasibətlərinin tənzimləyən mexanizmlərin gücləndirilməsi iləaradan qaldırılması haqqında müzakirələr aparılıb. 

Layihə nəticəsindəyaranan Ailə Hüquq Akademiyasının fəaliyyəti haqqında iştirakcılara ətraflı məlumat verilib vəregionlardan olan insanların müraciət forması izah edilib.

İştirakcılar erkən nigahların fəsadlarını aradan qaldıracaq, nigah müqaviləsinin önəmi və valideyn məsuliyyətinin artırılmasından bəhs edən layihələrə ehtiyac olduğunu bildiriblər.


Xəbər 961 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR