Minik avtomobili qatara çırpılıb Bakıda dəhşət

Minik avtomobili qatara çırpılıb      Bakıda dəhşət

Bakının Sabunçu rayonu ərazisində yük qatarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə "Atəşgah" dairəsində baş verib.

 

"Lada Priora" markalı avtomobilin sürücüsü dəmiryolu keçidindən keçərkən qatarın yaxınlaşması barədə xəbərdarlığa məhəl qoymayıb. Yük qatarının çatdığını görən sürücü idarəetməni itirib və maşın qatara çırpılıb. Hadisə nəticəsində sürücü Xeyirbəyov Akif Namaz oğlu xəsarət alıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.


Xəbər 1058 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR