Gəlin avtomobillərinin qiyməti ucuzlaşıb – QİYMƏT + FOTO

Gəlin avtomobillərinin qiyməti ucuzlaşıb – QİYMƏT + FOTO

Azərbaycanda toyların təmtəraqla keçirildiyini izah etməyə gərək yoxdur. Baxmayaraq ki, israfçılıq tez-tez ictimai qınaqla üzləşir, amma insanlar buna əhəmiyyət vermir, toy mərasimləri zamanı qənaət etməyə çalışmırlar. Toylarda israfçılığa səbəb olan hallardan biri də bahalı gəlin avtomobillərinin sifarişi ilə bağlıdır. Metronun "Gənclik” və "Xalqlar Dostluğu” stansiyalarının yaxınlığında, belə nəqliyyat vasitələrinin geniş seçimi mövcuddur.

Aktual.az  modern.az-a istinadən xəbər verir ki, toy üçün nəzərdə tutulan nəqliyyat vasitələrini icarə verənlərlə ümumi söhbət əsasında belə məlum oldu ki, ən ucuz avtomobil 50 manata, ən bahalısı isə 1200 manata təklif olunur.

"Bəy və gəlini şadıq evinə aparan sürücü bizim əməkdaşımız olur. Sifarişçilər əvvəlcə beh verir, sonra ödəniş edilir. Bəy və gəlin şadlıq evinə gətiriləndən sonra işimiz yekunlaşır. Əgər avtomobil toy sahibləri tərəfindən idarə olunarsa, daha 50 manat əlavə ödəniş edilməlidir.  Nəqliyyat vasitəsinin yuyulması, bəzədilməsi, yanacaq xərci, sürücüyə ödəniləcək məbləğ qiymətlərə daxildir”.

Avtomobil kirayə verənlər işlərin yaxşı getməməsindən gileyləndilər: 

"Əvvəllər, məsələn, 5 manata aldığımız bəzəyin qiyməti indi 10 manat olub. Amma evlənən yoxdur, avtomobillər də qalıb burada. Əvvəlki illərə nisbətən çox fərq var, gəlirlərimiz azalıb”.

Avtomobil sahibləri ən çox kirayəyə götürülən avtomobilin "Mercedec S-class” modeli olduğunu dedilər – qiyməti 100 manatdır.

Məlum oldu ki, avtomobillərin kirayə qiymətləri ötən illə müqayisədə ucuzlaşıb. Məsələn, əvvəllər 100 manata kirayəyə verilən nəqliyyat vasitəsi indi müştərilərə 80 manata təklif olunur.

"Bizdə ən bahalı, yəni 1200 manata təklif olunan "Rolls&Royce” markalı avtomobildir. Bəy və gəlini evdən götürüb şadlıq sarayına aparırıq. Gecə evə qaytarmaq lazım olanda əlavə pul alınır. Qiymətlər məsafədən asılı olaraq dəyişir”.




Xəbər 641 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR