Gələn il bəzi avtomobillərin açarları şifrəli olacaq

Gələn il bəzi avtomobillərin açarları şifrəli olacaq

2019-cu ildə istifadəyə veriləcək avtomobillərin açarları şifrəli ola bilər.


"Report" xəbər verir ki, bu barədə "Mir" teleradio şirkəti məlumat yayıb.

Bildirilir ki, avtomobillərə şifrəli açar texnologiyası üçün vahid standart dünyanın ən iri konsernlərindən və texnologiya şirkətlərindən olan "Car Cjnnectivity (ССС)" tərəfindən hazırlanıb. Yeni texnologiya istifadəçiləri eyniləşdirə və mühərrikləri smartfon vasitəsilə işə sala biləcək.

Artıq 2019-cu ilin birinci rübündə smartfonların və bütün avtomobillərin vahid parklanması planlaşdırılır.

Bu konsernin tərkibinə bir sıra avtomobil şirkətləri, o cümlədən "General Motors", BMW, "Audi", "Volkswagen", həmçinin "Apple" və "Samsung" smartfonlarının istehsalçıları daxildir.

 
Aktual.az
Xəbər 463 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR