G20 sammitinin Azərbaycan üçün əhəmiyyəti

G20 sammitinin Azərbaycan üçün əhəmiyyəti

Növbəti bir ildə G20 sammitinə Çin sədrlik edəcək.


Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı G-20 sammitində iştirak edən iqtisadçı alim Vüqar Bayramov verib. Vüqar Bayramov Antalyada təşkil edilən G-20 Dünya Liderlər Sammitinin bu gün başa çatacağını bildirib: “Sammit yekunlaşdığı üçün bu gün Türkiyə prezidentinin sammitə sədrliyin Çinə təqdim edəcəyi gözlənilir. Azərbaycanın ilk dəfə qatıldığı liderlər sammiti ölkəmiz üçün kifayət qədər uğurlu oldu. Öncə Azərbaycan nümayəndə heyəti ötən il ərzində bütün görüşlərdə və müzakirələrdə iştirak edə bildi. Bu da Azərbaycanın regional məsələlər ilə bağlı mövqeyinin nümayiş etdirilməsi və fikir mübadiləsi baxımdan olduqca vacib idi. Ölkəmiz G-20 sammitinə yüksək səviyyədə hazırlaşdı. Azərbaycanda nümayəndə heyəti bütün platformalarda təmsil oluna bildi. İlk dəfə olaraq ölkəmiz Biznes 20, Beyin 20, Qadın 20 kimi platformalarda fəal iştirak etdi”.

İqtisadçı alim sammit ərəfəsində nəşr edilən və dünyanın aparıcı liderləri də daxil olmaqla iştirakçılar arasında yayımlanan “G20” dərgisində cənab İlham Əliyevin “Ümumi Strategiyanın Formalaşdırılması” başlıqlı məqaləsinin də dərc edildiyini qeyd edib: “Məqalədə ölkəmizin müstəqillik illərində keçdiyi yol, iqtisadiyyatın diversifikasiyası ilə bağlı məqamlar ilə yanaşı multikulturalizm kimi digər vacib məsələlər də öz əksini tapıb. Azərbaycanda həyata keçirilən islahatlar ilə yanaşı dövlət başçısı Antalya G20 Liderlər Samiti konteksində qlobal məsələlər ilə bağlı öz fikirlərini bölüşüb. Azərbaycan rəhbərliyi və ekspertlər tədbirdə ölkəmizin mövqeyini geniş auditoriyaya çatdırdı. Azərbaycan prezidenti ikitərəfli görüşlər keçirməklə ilə yanaşı, eyni zamanda bu yüksək tədbirdə çıxış etdi. Dövlət başçımız çıxışında iqtisadi və regional məsələlər ilə yanaşı, Qarabağ münaqişəsi və ölkəmizin məruz qaldığı terror barədə məlumat verdi. Fransada baş verən terrordan sonra Azərbaycanın uzun müddət üzləşdiyi problemləri qlobal auditoriya daha yaxşı anlamış olmalıdır”.

Vüqar Bayramov vurğulayıb ki, bütövlükdə sammit çərçivəsində bütün platformalarda ölkəmizin nümayəndə heyətinin aktiv iştirakı həm ölkəmizin təqdimatı, həm də Azərbaycan ilə G-20 ölkələrinin iqtisadi əməkdaşlığı möhkəmləndirmək baxımdan olduqca faydalı oldu: “Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ikitərəfli görüşlər keçirərək xüsusi müzakirələrdə iştirak etdi. Mehriban xanım həmçinin Antalyada yerləşən əlillərin bərpa mərkəzini ziyarət etməklə ölkəmizin humanizmə diqqətini bir daha təqdim etdi. Beyin 20 və Biznes 20 platformalarında nümayəndələrimiz xeyli aktiv oldular. Dünya liderləri üçün təkliflərin hazırlanmasında Azərbaycan nümayəndə heyətinin iştirakı və töhvəsi birmənalı şəkildə yüksək qiymətləndirilməlidir”.

Xəbər 572 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR