Füzulidə sərhədçilər ilan sancan qadını xilas etdilər

Füzulidə sərhədçilər ilan sancan qadını xilas etdilər

Füzuli rayonunun Alıxanlı kənd sakini, 1935-ci il təvəllüdlü Məmmədova Elminaz Rza qızını öz həyətində ilan sanc­ıb və təcili olaraq rayon xəstəxanasına gətirilib. 


Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, E.Məmmədovanın həyatını xilas etmək ücün ona təcili ilan zər­dabının vurulması zərurəti ilə əlaqədar Dövlət Sərhəd Xidmə­tinin sərhəd qoşunlarının Horadiz sərhəd dəstəsinə müraciət olun­ub. 

Müraciətə dərhal reaksiya verilib, şəxsi heyətin ilan sanc­ması hallarında istifadə etmək məqsədilə hərbi hissənin tibb mən­tə­qəsində saxlanılan ilan zərdabı rayon xəstəxanasına çatdırılıb və vətəndaşın həyatı xilas edilib.

 
Aktual.az
Xəbər 311 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR