Futbol üzrə Avropa çempionatı Türkiyədə keçirilə bilər

Futbol üzrə Avropa çempionatı Türkiyədə keçirilə bilər
  • DÜNYA

Türkiyə AVRO-2024-ə ev sahibliyi etmək üçün namizədliyini açıqlayıb

Bunu "NTVSpor”un canlı efirində Rıdvan Dilmen açıqlayıb.

2016-cı ilin qitə birinciliyinə də ev sahibliyi etmək üçün namizəd olmuş qardaş ölkə o zaman mübarizəni bir səslə uduzmuşdu. AÇ-2020-dən isə yarışın bütün Avropaya yayılması səbəbindən imtina edilmişdi.

Mötəbər turniri təşkil etmək istəyən ölkələr rəsmən açıqlanmasa da, Almaniya və Hollandiyanın təklikdə, Rusiya və Estoniyanın isə birlikdə namizəd olacağı gözlənilir.

Qeyd edək ki, UEFA-nın budəfəki tələbləri olduqca sərtdir. Belə ki, qitənin ali futbol qurumu çempionatı keçirmək istəyən ölkələrdən 9 və ya 10 stadion tələb edir. Bu arenalardan ikisi minimum 50 min, üçü ən az 40 min, dördü isə ən az 30 min azarkeş tutumlu olmalıdı. (APA)

Aktual.az
Xəbər 711 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR