FTB Trampın kürəkəni ilə bağlı araşdırmaya başladı

FTB Trampın kürəkəni ilə bağlı araşdırmaya başladı

Federal Təhqiqatlar Bürosu ABŞ prezidenti Donald Trampın baş müşaviri və kürəkəni Cared Kuşnerlə bağlı araşdırmaya başlayır.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, təhqiqat Amerika liderinin köməkçisinin Rusiya nümayəndələri ilə əlaqəsi ehtimalı ətrafında aparılır.

Bununla belə, qeyd olunur ki, onun haqqında hər hansı cinayət işi açılması və ya digər cəza tədbirləri nəzərdə tutulmur. Araşdırma, sadəcə, C.Kuşnerdə təhqiqat üçün faydalı informasiyaların öyrənilməsi məqsədilə aparılır.

Qeyd edək ki, C.Kuşner D.Trampın qızı İvanka Trampın həyat yoldaşıdır.
 
Aktual.az
Xəbər 444 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR