Fransua Olland prezident İlham Əliyevi təbrik edib

Fransua Olland prezident İlham Əliyevi təbrik edib

Fransa Respublikasının prezidenti Fransua Olland Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək dərinləşən və inkişaf edən ikitərəfli əlaqələrimizin əhəmiyyətini vurğulamaqdan məmnunluğumu bildirirəm. Mən, həmçinin əldə etdiyimiz gözəl nailiyyətlərə görə sevinirəm. Sizin böyük dəstəyinizlə bu il sentyabrın 15-də Bakıda açılan Fransız-Azərbaycan Universiteti buna bir nümunədir.

Sonda Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə və davamlı həllinin tapılmasında Fransanın və şəxsən mənim öhdəliyimin olduğunu bir daha diqqətinizə çatdırıram.

Cənab prezident, Sizə bəslədiyim çox yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
 
Aktual.az
Xəbər 409 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR